Bakı şəhəri və regionlarda "Reproduktiv sağlamlıq və ailə planlaması" mövzusunda maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 6-10 iyul 2026-cı il tarixlərində "Reproduktiv sağlamlıq və ailə planlaması" mövzusunda maarifləndirici görüşlər keçirilib.
Rayonların kənd və qəsəbələrində keçirilən görüşlərdə mərkəzlərin əməkdaşları, tibb işçiləri və icmadan olan qadınlar iştirak ediblər.
Tədbirlərin keçirilməsində məqsəd iştirakçıların reproduktiv sağlamlıq sahəsində məlumatlılığının artırılması, sağlam həyat tərzinin təşviqi, ailə planlamasının əhəmiyyəti, cinsi yolla keçən xəstəliklər və hamiləlikdən qorunmaq üsulları barədə maarifləndirmənin aparılması olub.
Tədbirlərdə ekspertlər tərəfindən ailənin reproduktiv sağlamlığı, ailə planlanması, yoluxucu xəstəliklər və onun fəsadları, bu xəstəliklərdən qorunma üsulları, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri barədə ətraflı məlumat verilib, iştirakçılara mövzu ilə bağlı tövsiyələr təqdim olunub.
İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi