Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində maarifləndirici görüş keçirilib

27 aprel 2026 12:53

Paylaş:

27 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Səhiyyə Nazirliyinin ekspertinin iştirakı ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda növbəti maarifləndirici görüş baş tutub.

Görüşün məqsədi gənclərin ailə həyatına hazırlanması, təhlükəsiz reproduktiv davranışların təşviqi, sağlam uşaqların dünyaya gəlməsi və ailə planlaşdırılması ilə bağlı biliklərin artırılması olub.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Teymur Ağazadə çıxış edərək tələbələrə ətraflı məlumat veriblər.

Çıxışlarda Azərbaycanda demoqrafik təhlükəsizliyin təmin olunması, sağlam nəslin yetişdirilməsi və ailələrin sağlamlığının qorunması istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb.

Tədbirdə, ümumilikdə, 100-ə yaxın tələbə iştirak edib.