Bakı Dövlət Universitetində “Abituriyentlərə dəstək” proqramı başa çatıb

7 mart 2024 11:50

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi tərəfindən “Gələcəyini qur!” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində “Abituriyentlərə dəstək” proqramının sonuncu təlimi baş tutub.
Əvvəlcə abituriyentlər təlim çərçivəsində BDU-nun Heydər Əliyev muzeyi, Genetika, eləcə də, Təkamül muzeyindəki eksponatlar ilə tanış olublar.
Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Xəlil Babayev tərəfindən təlimin yekunlarına dair testlər keçirilib, ixtisas seçimi zamanı mütəxəssislərə müraciət etməyin vacib olduğu bildirilib.
Sonda Komitənin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva proqramın uğurla başa çatması münasibətilə uşaqları təbrik edib və gələcək təhsil həyatlarında uğurlar arzulayıb.