Bahar Muradova Zərifə Əliyevanın 101 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş elmi-praktiki konfransda çıxış edib.
Paylaş:
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın 101 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.
Konfransdan öncə İnstitutun Ekspozisiya zalında “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi nümayiş olunub.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, divan ədəbiyyatında bitki obrazları və təbiət motivlərinin bir qayda olaraq, ətraf mühitin gözəlliklərini, yaşamın mənasını və insan duyğularını simvolizə etdiyini qeyd edib.
B.Muradova daha sonra Zərifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan bəhs edərək, onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıb. Qeyd edib ki, görkəmli alimin tərcümeyi halı,çoxşaxəli fəaliyyəti hər bir insan, həkim, alim və ictimai xadim üçün əsil kamillik məktəbidir.
Komitə sədri bildirib ki, Azərbaycan xalqının adını və əməllərini çox böyük ehtiramla xatırladığı parlaq şəxsiyyət, akademik Zərifə Əliyeva şərəfli həyat yolu, insani keyfiyyətləri ilə yanaşı, ictimai mövqeyi ilə də insanların taleyində oynadığı əhəmiyyətli roluna görə qəlblərdə və xatirələrdə yaşamaqdadır. O qeyd edib ki, vətəninə, xalqına, peşəsinə sadiqliyin nümunəsi olan Zərifə xanım milli - mənəvi və ailə dəyərlərinin qorunması, təbliği və inkişafı sahəsində ənənələrə sadiqlik üzərindəki müasirliyi ilə hər kəsin qəlbində özünə yuva salmışdır.