Bahar Muradova Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan ilə görüşüb

18 noyabr 2024 16:33

Paylaş:

18 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkanla görüşü keçirilib.

Görüşdə “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” barədə söhbət aparılıb. Qeyd edilib ki, Fəaliyyət Planı  bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində qarşılıqlı əməkdaşlığının inkişafına töhfə verir.  

Görüş zamanı iki qurum arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın perspektivləri vurğulanıb, gələcək birgə fəaliyyət imkanları müzakirə edilib.