Bahar Muradova Siyəzəndə vətəndaşları qəbul edib
Paylaş:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 27-də Siyəzən rayon Gənclər evində Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə əməkdaşının da iştirak etdiyi qəbulda vətəndaşların ailədaxili məsələlər, uşaqla ünsiyyət, işlə təmin olunma, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi üçün müvafiq tapşırıqlar verilib, həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
Dövlət Komitəsinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.