Bahar Muradova Qobustanda vətəndaşları qəbul edib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qobustanda vətəndaşları qəbul edib
29 may 2024-cü il tarixində keçirilən qəbul zamanı Bakı şəhəri, Qobustan, Ağdaş, İmişli və Şamaxı rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilərək, abidəsi önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında ailədaxili münasibətlər, alimentin ödənilməsi, uşaqla ünsiyyət, işlə təmin olunma, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, uşaq hüquqları və digər məsələlər yer alıb.
Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.