Bahar Muradova Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Turdiboyeva Rano ilə görüşüb

Paylaş:
Bahar Muradova Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Turdiboyeva Rano ilə görüşüb.
İkitərəfli görüş zamanı ortaq dil, mədəniyyət və dəyərlərin ölkələrimizi bir-birinə bağladığı, xalqlarımız arasında qardaş münasibətlərin olduğu diqqətə çatdırılıb, sosial əməkdaşlığın inkişaf etdirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif sahələr üzrə birgə təşəbbüslərin irəli sürülməsi, ali və yüksək səviyyədə toplantıların keçirilməsi, əhəmiyyətli qərarların qəbulu istiqamətində əməkdaşlığımızın təqdirəlayiq olduğu bildirilib.
Həmçinin qurumlarası gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.