Bahar Muradova Oğuzda vətəndaşları qəbul edib
Paylaş:
7 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Oğuzda vətəndaşları qəbuledib. Qəbul zamanı Oğuz, Qəbələ və Şəki rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aparat rəhbəri və aidiyyəti struktur bölmə rəhbərinin də iştirak etdiyi qəbulda ailənin sosial müdafiəsi, uşaqla ünsiyyət, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaş müraciətlərinə baxılıb.
Komitənin səlahiyyət dairəsinə aid müraciətlər dinlənilib,qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.