Bahar Muradova Mərakeş Krallığın Həmrəylik, Sosial İnteqrasiya və Ailə naziri Aawatif Hayar ilə ikitərəfli görüş keçirib

27 iyun 2024 18:06

Paylaş:

“Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfrans çərçivəsində Mərakeş Krallığında səfərdə olan Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Krallığın Həmrəylik, Sosial İnteqrasiya və Ailə naziri Aawatif Hayar ilə ikitərəfli görüş keçirib.

Komitə sədri beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə, mövzuların xüsusi olaraq seçilməsinə və qonaqpərvərliyə görə xanım nazirə təşəkkürünü bildirib, bu görüşün birgə fəaliyyətin daha səmərəli təşkil olunmasına töhfə verəcəyinə inamını ifadə edib.

Görüş zamanı ölkələrimiz və qurumlararası əlaqələrin inkişafı, Qoşulmama Hərəkatı və ISESCO çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Öz növbəsində, mərakeşli nazir beynəlxalq konfransın gələcəkdə Azərbaycanda da keçirilməsi ilə bağlı təklif irəli sürüb.

Görüşün sonunda qurumlar arasında imzalanmış memorandumun yenilənməsi ilə bağlı razılığa gəlinib.