Bahar Muradova Beynəlxalq Qadınlar Forumu çərçivəsində Çində səfərdədir

10 sentyabr 2024 15:05

Paylaş:

10-12 sentyabr 2024-cü il tarixlərində Çinin Şandon əyalətinin Çindao şəhərində "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu keçirilir. Şanxay Əməkdaşlıq Təşkilatının keçirdiyi Forumda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edir.

Qeyd edək ki, 11 sentyabr tarixində keçiriləcək rəsmi açılış mərasimində ŞƏT-ə üzv ölkələrin qadın liderləri, Şandon əyaləti rəhbəri, Ümumçin Qadınlar Federasiyasının sədri Şen İts və ŞƏT-in baş katibi Can Min iştirak edəcəklər.