Bahar Muradova Belqradda “Lojionitsa” Mərkəzində olub

18 dekabr 2025 17:56

Paylaş:

Serbiyada işgüzar səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Belqradda yerləşən kreativ sənayelər və innovasiya mərkəzi “Lojionitsa”nın fəaliyyəti ilə tanış olub.

Ziyarət zamanı B.Muradovaya, “İdeyalar və ilham gələcəyə çevrilir” şüarı ilə fəaliyyət göstərən Mərkəzin sənət, texnologiya, elmi inkişaf və biznes sahələrini birləşdirən yeni tipli yaradıcılıq məkanı haqqında məlumat verilib. Həmçinin Mərkəzdə təşkil olunan kreativ və innovativ proqramlar, təhsil, yaradıcılıq və innovasiya üçün əməkdaşlıq imkanları, həmçinin musiqi, kino və incəsənət sahələrində təşkil olunan tədbirlər barədə də danışılıb.

Sonda B.Muradova yerli medianın suallarını cavablandırıb.