Bahar Muradova 4-cü Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda açılış nitqi ilə çıxış edib

7 may 2024 14:35

Paylaş:

Bahar Muradova: “Qadınların iqtisadi səlahiyyətlərinin artırılması fundamental insan hüququ kimi tanınır və eyni zamanda davamlı inkişaf və hamı üçün bərabər imkanlar təmin edən cəmiyyət üçün ilkin şərtdir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda açılış nitqi ilə çıxış edib.

Komitə sədri Azərbaycanın qadın hüquqlarının inkişafına və təmin edilməsinə dair beynəlxalq çağırışları hər zaman dəstəklədiyini və ölkə daxilində həyata keçirdiyi islahatlarla bunu əyani olaraq nümayiş etdirdiyini qeyd edib. O, sözügedən sahədə ölkəmizin bir sıra beynəlxalq sənədlərə qoşulduğunu və yaradılmış milli qanunvericilik bazasının getdikcə təkmilləşdirildiyini vurğulayıb. B.Muradova çıxışının davamında qadınların iştirakçılığı və iqtisadi səlhiyyətləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, bir sıra statistik göstəriciləri diqqətə çatdırıb.