Azərbaycanlı oxatan Yaylagül Ramazanovanın mübarizəsi tribunada alqışlarla qarşılanıb
Paylaş:
“Paris-2024" Yay Olimpiya Oyunlarında ilk görüşündə Çin idmançısı Qixuan An üzərində 6-5 hesabı ilə qalib gələn azərbaycanlı oxatan Yaylagül Ramazanovanın mübarizəsi tribunada alqışlarla qarşılanıb.
Ana olmağa hazırlaşan idmançımızın bu performansı idman ekspertləri tərəfindən yüksək qiymətləndirilib, həmçinin tamaşaçıların dəstək və rəğbətini qazanıb.
2-ci tura yüksəlməyi bacaran Yaylagül Ramazanovanın nailiyyəti, ümumiyyətlə qadın idmançıların aktivliyi və mötəbər turnirlərdə əldə etdiyi uğurlar Azərbaycan qadınının gücünü və əzmini göstərir.
Azərbaycanın Yay Olimpiya Oyunlarındakı kamandan oxatma yarışında ilk təmsilçisi Yaylagül Ramazanovanı bu uğur münasibətilə təbrik edir, gələcək idman karyerasında müvəffəqiyyətlər arzulayırıq!