“Azərbaycanda müasir ailə münasibətləri və gender siyasəti: ənənəvi dəyərlər, sosial və rəqəmsal çağırışlar” mövzusunda elmi seminar keçirilib

27 noyabr 2026 15:24

Paylaş:

27 noyabr 2026-cı il tarixində Azərbaycan Dillər Universitetində “Azərbaycanda müasir ailə münasibətləri və gender siyasəti: ənənəvi dəyərlər, sosial və rəqəmsal çağırışlar” mövzusunda elmi seminar keçirilib.

Universitetin professor müəllim heyəti və tələbələrin iştirakı ilə təşkil edilən seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova “Dövlət gender siyasəti və mövcud vəziyyət”  mövzusunda çıxış edib. 

O, gender bərabərliyinin təmin edilməsi istiqamətində mövcud qanunvericilik bazası, institusional mexanizmlər, gender əsaslı zorakılıqla mübarizə üzrə həyata keçirilən tədbirlər və statistik göstəricilər barədə məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.