“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də gender əsaslı zorakılığa həsr olunmuş tədbir təşkil olunub.
Paylaş:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və qlobal “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Sevinc Məmmədova və Hüquqi təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə çıxış edərək, mövcud qanunvericilik bazası, institusional mexanizmlər, gender əsaslı zorakılıqla mübarizə üzrə həyata keçirilən tədbirlər və müxtəlif sahələrdə gender bərabərliyinin təmin olunması ilə bağlı statistik vəziyyət haqqında məlumat verilib.
Həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun əsas tələbləri, mühafizə orderlərinin verilməsi qaydası, zorakılığa məruz qalan şəxslərin müraciət edə biləcəyi dövlət sığınacaqları və qaynar xətlər barədə məlumatlar diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi