Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlığı çərçivəsində növbəti görüş keçirilib

28 oktyabr 2024 10:40

Paylaş:

Görüş zamanı nazir Rəşad Nəbiyev Azərbaycanın rəqəmsal gələcəyinin məhz gənc nəsillərin bilik və bacarıqları ilə formalaşacağını qeyd edib.

Kiber təhlükəsizlik və informasiya texnologiyaları mövzularından bəhs edən R.Nəbiyev, həmçinin uşaqların peşə seçimi, gələcəyin təhsil istiqamətləri mövzularında suallarını cavablandırıb.

Sonda uşaqlara öz təşəkkürünü bildirərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Uşaq Səfirlər Məclisinin üzvləri də öz növbələrində görüşə görə rəqəmsal inkişaf və nəqliyyat nazirinə təşəkkürlərini bildiriblər.