Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində uşaqlar ekspertlərin iştirakı ilə yeddi mövzu üzrə qruplaşaraq, müzakirələr aparıb

5 dekabr 2024 16:49

Paylaş:

İşğaldan azad olunmuş ərazilərdə yaşayan uşaqların da iştirak etdiyi işçi qruplarda “Uşaq hüquqları: İnkişaf üçün birləşək- Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar- Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi- Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi- Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi- Təbiətin keşiyində”,“Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti- Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq- təbiəti qoruyaq”mövzuları müzakirə edilib.

Hazırda uşaqlar mövzular üzrə təqdimatlar hazırlayıb və müzakirələrin yekun nəticələri haqqında məlumat verərək, müvafiq təkliflərlə çıxış edirlər.