Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət edib
Paylaş:
“Ailə siyasətlərinin gücləndirilməsi və Serbiyanın demoqrafik inkişafı” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Serbiyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Ziyarət zamanı abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Xüsusilə vurğulanıb ki, Taşmaydan parkında Heydər Əliyevin abidəsinin ucaldılması Azərbaycan–Serbiya dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisi olmaqla yanaşı, serb xalqının görkəmli dövlət xadiminə göstərdiyi hörmətin bariz nümunəsidir.
Eyni zamanda Azərbaycan nümayəndə heyəti görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini də ziyarət edib. Abidə önünə gül dəstələri qoyularaq, yazıçının xatirəsinə ehtiram ifadə olunub. Bu ziyarət Azərbaycan nümayəndə heyətinin Serbiya xalqının tarixi və mədəni irsinə olan hörmətinin təzahürü kimi dəyərləndirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi