Aynur Sofiyeva Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri seçilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri seçilib.
17 fevral 2025-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
İclasda Fondun gələcək fəaliyyəti, o cümlədən iclasın gündəliyində əksini tapmış məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, “Report” İnformasiya Agentliyinin icraçı direktoru Fuad Hüseynəliyev təyin ediliblər.