Aynur Sofiyeva “Layiqli əmək, gender bərabərliyi və sosial inklüzivlik” mövzusunda görüşdə iştirak edib
Paylaş:
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Layiqli əmək, gender bərabərliyi və sosial inklüzivlik” mövzusunda görüşdə iştirak edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Layiqli Əmək Səfirləri” layihəsi çərçivəsində keçirilən görüşün əsas məqsədi dövlət idarəçiliyində layiqli əməyin təşviqi, gender bərabərliyinin təmini və həssas qrupların əmək hüquqlarının müdafiəsidir.
Görüşdə qeyd edilən layihənin “Layiqli əmək səfiri” olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Layiqli əmək, gender bərabərliyi və sosial inklüzivlik” mövzusunda çıxış edərək, Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasəti, görülən işlər, dayanıqlı inkişafın əsas şərtləri, layiqli əməyin təşviqi üzrə bərabər imkanlar, inklüziv əmək bazarında gender bərabərliyinin təmin edilməsi, dünya təcrübəsi, müvafiq sahə üzrə çağırışlar və müasir tendensiyaları qeyd edib. Həmçinin Dövlət Komitəsinin müvafiq istiqamətdəki fəaliyyəti və aidiyyəti qurumlarla həyata keçirilən koordinasiyalı işi barədə məlumat verib.
Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı görüşdə çıxış edərək, əmək münasibətlərində gender aspektinin nəzərə alınması, işəgötürənlər tərəfindən qadınlara münasibətdə ədalətli yanaşma, gender məsul şəxslərin fəaliyyəti və funksiyaları, ölkə üzrə gender bərabərliyi sahəsində statistik göstəricilər və həyata keçirilən “Qızların təhsilinə dəstək” layihələri diqqətə çatdırıb.
Eyni zamanda Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Xəyalə Abbaslı-Əsgərli əmək münasibətləri sahəsində olan beynəlxalq və yerli qanunvericilik aktları, hüquqi çərçivədə aparılan islahatlar və yeniliklər barədə öz fikirlərini bildirib.
Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri və ictimai xidmət sahəsində çalışan gənclər, Dövlət Komitəsinin və AHİK-nın əməkdaşları iştirak edib.
İnteraktiv formada keçən görüşdə iştirakçıların sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi