ASCO-nun əməkdaşları üçün maarifləndirici görüş keçirilib

3 iyun 2024 14:57

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün maarifləndirici görüş təşkil olunub. 

İştirakçılara gender bərabərliyi, ailə dəyərləri, gender əsaslı zorakılıqla mübarizə, qadınlara qarşı ayrı-seçkilik, iş yerində qısnama və digər mövzularda məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktorun gender məsələləri və xüsusi həssas qruplarla iş üzrə müavini Bəhriyyə Həsənova-Qasımova, Dövlət Komitəsinin Gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə çıxış edib.