“Ailəmiz – ən güclü dəyərimiz!” şüarı altında açıq hava tədbiri keçiriləcək

24 iyun 2026 15:26

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 iyun 2026-cı il tarixində, saat 16:00-da Nərimanov rayonunda, “Antena” sahəsi adlanan ərazidə yerləşən parkda “Ailəmiz – ən güclü dəyərimiz!” şüarı altında açıq hava tədbiri keçiriləcək.

Tədbirin məqsədi ailə dəyərlərinin təbliği, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi, ailələrin asudə vaxtının səmərəli təşkili və cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsidir.

Proqram çərçivəsində mütəxəssislərin iştirakı ilə panel müzakirələr, ailələr üçün maraqlı və interaktiv fəaliyyətlər, uşaqlar üçün əyləncə proqramı, müxtəlif müsabiqə və oyunlar, konsert proqramı təşkil olunacaq.

Sizi ailə üzvlərinizlə birlikdə bu gözəl tədbirdə iştirak etməyə dəvət edirik. Gəlin birlikdə xoş anlar yaşayaq və uşaqlarımıza yaddaqalan bir gün hədiyyə edək.

Çünki ailə bizi birləşdirən, gücləndirən və gələcəyə aparan ən böyük dəyərdir!