“Ailəm könüllüləri”i İsmayıllı rayonuna səfər edib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəm könüllüləri”nin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə növbəti səfər təşkil olunub. Səfər zamanı Mərkəzin direktoru Lətifə Əliyeva göstərilən xidmətlər və əsas fəaliyyət istiqamətləri ilə bağlı könüllüləri məlumatlandırıb, eyni zamanda onlar Mərkəzdə keçirilən iməclikdə də iştirak ediblər. Daha sonra “Ailəm könüllüləri” İsmayıllı rayonunda yerləşən xalça fabrikini ziyarət edərək, iş prosesi ilə yaxından tanış olublar. Günün sonunda könüllülərlə “Bilik yarışı” keçirilib.