“Ailəm könüllüləri” üçün təşkil olunan daha bir təlim həftəsi başa çatıb
Paylaş:
2-6 sentyabr tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailəm könüllüləri” üçün növbəti təlim həftəsi təşkil olunub.
Təlimlərdə Komitənin ailə və uşaq siyasəti, qadın və gender məsələləri sahəsindəki fəaliyyəti barədə danışılıb, eləcə də “Ailə dəyərləri və ənənələr”, “İnsan alveri və məcburi əməyə YOX deyək”, “Dövlət qulluğuna qəbul qaydaları”, “Gender əsaslı zorakılıqla mübarizə” və “Zərərli vərdişlərin mənfi təsiri” mövzularında məlumat verilib.
Görüşlər müzakirələrlə davam edib. Yekunda könüllülərə Komitə tərəfindən hazırlanmış sosial çarxlar nümayiş etdirilib və çap materialları təqdim olunub.