“Ailəm könüllüləri” üçün təlim həftəsi keçirilib

30 avqust 2024 17:36

Paylaş:

27-30 avqust 2024-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailəm könüllüləri” üçün təlim həftəsi təşkil olunub.

Təlimlər çərçivəsində könüllülərə Komitənin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, həmçinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində göstərilən xidmətlər barədə geniş məlumat verilib.

Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva “Komitə və beynəlxalq münasibətlər”, Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov “Komitənin mətbuatla əməkdaşlığı”, həmin şöbənin böyük məsləhətçisi Sevil Rəsulzadə “İnformasiya təhlükəsizliyinin təmin edilməsi”, Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə “Gender əsaslı zorakılıq və məişət zorakılığı”, Mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev “Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti” mövzuları üzrə təqdimatla çıxış ediblər.

Görüşlər müzakirələrlə davam edib.

Yekunda könüllülərə Komitə tərəfindən hazırlanmış çap materialları hədiyyə olunub.