“Ailələrimizi tanıyaq”
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən və ömürlərini elmə, təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr edən Əsədovlar ailəsidir.
Hümbət Əsədov 1950-ci ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində ziyalı ailəsində dünyaya göz açıb. H. Əsədov Tağlabiyan kənd orta məktəbi və Şamaxı Pedaqoji Texnikumunu bitirib. O, uzun illər rayonun Mingə və Tağlabiyan kənd məktəblərində müəllim kimi çalışıb, sonralar rayon Təhsil şöbəsində fəaliyyətini davam etdirib.
Lətifə Əsədova 1954-cü ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində anadan olub. O,Tircan kənd tam orta məktəbini vəAzərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. L.Əsədova uzun illər məktəbdə coğrafiya müəllimi işləyib, hal-hazırda təqaüddədir.
50 ildir evli olan Əsədovların bu evlilikdən 6 övladı (qız), 13 nəvəsi (3 qız, 10 oğlan) var. Bütün qızları ali təhsillidir, onlardan biri həkim, digərləri müəllimdirlər.
Lətifə Əsədova:“Biz həmişə çalışmışıq ki, həyatda daim xalqımıza xidmət edək. Bu gün də çalışırıq ki, dostlarımıza, qonşularımıza, doğmalarımıza xoş niyyətimiz və rəftarımızla yadda qalaq. Bir ziyalı kimi həmişə nümunə olaq”.
Hümbət Əsədov: “Xoşbəxt evlilik üçün ilk növbədə düzgün seçim etmək lazımdır. Elə insanla ailə qurmalısan ki, səninlə həmdəm olsun, səni başa düşsün.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi