“Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda onlayn görüş keçirilib

2 avqust 2024 17:44

Paylaş:

2 avqust 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mediasiya Şurası ilə birgə əməkdaşlığı ilə “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda onlayn görüş keçirilib.

Görüşdə Dövlət Komitəsinin nümayəndələri Gülnarə Məmmədova, Cəmilə Bağırova, Taliyə İbrahimova, Səmra Əliyeva, Mediasiya Şurasını təmsil edən Maksim Lətifov, Sadiq Bağırov və eyni zamanda 55 yerli icra hakimiyyətinin müvafiq nümayəndələr iştirak ediblər.

Tədbirdə Mediasiya haqqında qanun, mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlər, həmçinin onların həlli istiqamətində təkliflər müzakirə edilib.

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Dövlət Proqramının icrası istiqamətində mövzu ilə bağlı görüşlərin davam etdirilməsi nəzərdə tutulub.