“Ailə və uşaqlarla aparılan psixososial işin xüsusiyyətləri” mövzusunda təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1-3 may 2024-cü il tarixlərində Gəncə şəhərində uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, həmçinin Göygöl rayon ümumtəhsil müəssisələrinin psixoloqları üçün “Ailə və uşaqlarla aparılan psixososial işin xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Əmirxan Səfərov iştirakçılara təlimin məqsədi barədə məlumat verərək, icmada ailə və uşaqlarla psixososial işin aparılmasının əhəmiyyətini vurğulayıb.
Təlimçi qismində çıxış edən ekspert, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sosial işçisi, Bakı Dövlət Universitetinin doktorantı Elvin Muradov tərəfindən iştirakçılara ailə və uşaqlarla sosial işin əhəmiyyəti, qiymətləndirmə prosesində mütəxəssis bacarıqlarının, uşaq inkişafında tərbiyə və müdafiənin əsasları, uşaqlara qarşı zorakılığın müəyyənləşdirilməsi və qarşısının alınması mexanizmləri, fərdi hal üzrə qeytkipinq prosedurları və icmada tətbiqi, keys menecerin funksiyaları, nəzarət və monitorinq mövzuları haqqında məlumat verilib. Həmçinin örnək keyslər, tapşırıq və qrup işləri vasitəsilə ailə və uşaqlarla sosial işin təşkili məsələlərində aktual problemlərə toxunulub və həll yolları müzakirə olunub.