“Ailə terapiyası” mövzusunda təlim keçirilib
Paylaş:
Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında imzalanan ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu çərçivəsində sosial psixoloqların iştirakı ilə “Ailə terapiyası” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd ailə münasibətlərinin tənzimlənməsi sahəsində peşəkar kadrların hazırlanması, “Ailə psixoloqu” institutunun formalaşmasına töhfə verməkdir.
Təlimdə Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin psixoloqları iştirak ediblər.
Təlimçi qismində iştirak edən Türkiyə Spastik Uşaqlar Vəqfinin “Ailə Məsləhət Mərkəzi”nin müdiri Rəhimə Gökboğa iştirakçıların diqqətini ailə terapiyası sahəsində mövcud nəzəri yanaşmalara yönəltməklə bərabər, fundamental psixoloji məktəblərin texnikalarının düzgün tətbiqi barədə də məlumat verib. Üç gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.