“Ailə terapiyası” mövzusunda təlim keçirilib

14 iyun 2024 16:42

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, həmçinin Mingəçevir şəhər ümumtəhsil müəssisələrinin psixoloqları üçün “Ailə terapiyası” mövzusunda təlim keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Komitə əməkdaşı Zülfiyyə Sadıq iştirakçılara kadr potesialının artırılması yönümündə görülən işlər haqqında məlumat verərək, bu təlimin ailə ilə işləyən psixoloqların peşəkarlığının artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Daha sonra təlimçi ekspert Aynur Bünyatova ailə sisteminin əsas qanunları, ailə münasibətlərinin qiymətləndirilməsi, texnika və strategiyalar, ailə sistemi dinamikasının dəyişmək üçün tətbiq olunan üsul və metodlar, ailə terapiyasında etik prinsiplər və peşəkar standartlar barədə geniş məlumat verib.

Təlim zamanı iştirakçılarla rollu oyunlar vasitəsilə psixoloqun ailə fərdləri ilə apardığı konsultasiyanın strukturunu və məzmunu simulyasiya edilib, konsultasiya zamanı edilən səhvlərlə bağlı ekspertin tövsiyələri dinlənilib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.