Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin veb-səhifəsi yeni - www.family.gov.az domeni və müasir dizaynla istifadəyə verilib

22 aprel 2024 17:41

Paylaş:

Saytın yeni versiyasında Komitənin fəaliyyəti haqqında məlumatları, eyni zamanda maarifləndirici materialları əhatə edən bölmələr təkmilləşdirilib və bir sıra yeni bölmələr əlavə edilib.

Hazırda saytda “Layihələr”, Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Resurs Mərkəzləri, “Ailəm könüllüləri” bölmələri, eləcə də Uşaq Səfirlər Məclisi saytına, Erkən Uşaqlıqda İnkişaf və gender portallarına keçidlər mövcuddur. Qeyd edək ki, yenilənmiş saytda özündə faydalı ekspert məsləhətlərini cəmləyən elektron jurnal da fəaliyyət göstərir.

Daha bir yenilik ondan ibarətdir ki, saytın mobil versiyasında Komitənin (012) 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə birbaşa zəng etmək mümkündür.

Ümid edirik ki, yeni və müasir veb-səhifənin yaradılması Komitənin fəaliyyətinin daha effektiv işıqlandırılmasını, informasiya açıqlığını və əlçatanlığını təmin edəcək.

Sayta əlavə olunmasını istədiyiniz məlumatlar varsa, təklif və tövsiyələrinizi dinləməyə hazırıq.