Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəm könüllüləri” proqramı çərçivəsində növbəti könüllü qəbulunu elan edir
Paylaş:
Proqramın məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir.
“Ailəm könüllüləri” proqramında:
− 16-29 yaşlı;
− Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla);
− İntizamlı;
− Təşkilatçılıq bacarığı olan;
− Kollektivdə işləmək bacarığına sahib;
− Operativ;
− Kompüter və xarici dil bilikləri olan;
− Təşəbbüskar gənclər iştirak edə bilər.
Proqram həftədə 2 dəfə, 6 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.
Könüllülük proqramı Komitədə, eyni zamanda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində (Bakının Xəzər rayonu, Goranboy, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab rayonları) keçiriləcək.
Müraciət üçün son tarix: 20 oktyabr 2024-cü il.
“Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydalar
Əlaqə: +99451 230 45 78
E-poçt: scfwcavolunteers@gmail.com