“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!
Paylaş:
Hər ailənin sevgisi, qayğısı və etdiyi kiçik bir yaxşılıq cəmiyyətimizdə böyük dəyişikliklərə səbəb ola bilər. “Ailə Könüllüləri” layihəsi ailələri könüllülük fəaliyyəti ətrafında bir araya gətirərək həmrəyliyin və ailə dəyərlərinin gücləndirilməsinə, sosial məsuliyyətin artırılmasına və cəmiyyətimiz üçün daha işıqlı gələcəyin qurulmasına töhfə verir.
Layihəyə qoşulan ailələr:
· sosial və ictimai əhəmiyyətli təşəbbüslərdə, könüllülük fəaliyyətlərində iştirak edirlər
· ailə dəyərlərinin, sağlam və fəal həyat tərzinin təbliğinə töhfə verirlər;
· həssas vəziyyətdə olan ailələrə sevgi, diqqət, qayğı və dəstək göstərirlər;
· cəmiyyət üçün faydalı sosial layihə və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edirlər;
“Ailə Könüllüləri” layihəsinə qoşularaq:
· humanizm və xeyirxahlıq prinsiplərinə sadiqliyinizi nümayiş etdirəcəksiniz;
· Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbir və təşəbbüslərdə iştirak etmək imkanı əldə edəcəksiniz;
· müəyyən edilmiş istiqamətlər üzrə həyata keçirdiyiniz fəaliyyətə dair müvafiq sertifikatlar əldə edəcəksiniz;
· ailə, qadın və uşaq siyasətinin inkişafına dair müvafiq sənədlərin hazırlanması və formalaşdırılması prosesində fəal iştirak etmək imkanı əldə edəcəksiniz;
· ailənizlə birlikdə cəmiyyətə fayda verən təşəbbüslərə töhfə verəcəksiniz.
Ən gözəl hekayələr ailədən başlayır. Könüllü ailə – yaxşılığın, sevginin və həmrəyliyin ən səmimi ifadəsidir.
Siz də ailənizlə birlikdə bu gözəl təşəbbüsün bir parçası olun!
Qeydiyyat və ətraflı məlumat üçün:
🔗 Qeydiyyat linki: https://drive.google.com/drive/folders/1z28YAOe0fyiu2q0z8z1D2FM-sFaslN9h?usp=sharing
📞 Telefon: (012) 493 79 62
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi