“Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən “Gənc Ailə Forumu” davam edir
Paylaş:
Forum çərçivəsində altı paneldə ailələri maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Psixoloqların iştirakı ilə ailədaxili ünsiyyətin düzgün qurulması, müsbət psixoloji iqlimin yaradılması, ailəni kənar müdaxilələrdən qorumağın yolları, həkimlərin iştirakı ilə reproduktiv sağlamlıq, ailə planlaşdırılması, selektiv abortların fəsadları, ailə həkimlərinin xidmətlərindən istifadə qaydaları, vəkillər tərəfindən ailə hüququ, nikah müqaviləsi, ər və arvadın hüquqları, valideyn məsuliyyəti, alimentin verilməsi, nikaha xitam verilməsi qaydası, mediasiya xidmətləri müzakirə edilib.
Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən məşğulluq, peşəyönümlü məsləhət xidməti, peşə hazırlığı proqramı, özünəməşğulluq proqramı, sosial təminat, ünvanlı dövlət sosial yardım, Dövlət Turizm Agentliyinin iştirakı ilə ailələr üçün turizm imkanları, ölkə üzrə mövcud güzəştlər, ailələrin asudə vaxtının səmərəli təşkili üçün səmərəli təkliflər barədə məlumatlar ailələrin diqqətinə çatdırılıb.
Panellərin yekununda gənc ailələrə fəal iştiraka görə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Forumun ikinci hissəsində ailələr tərəfindən ünvanlanan suallar hökumət nümayəndələri tərəfindən cavablandırılacaq.