“Ailə: Dəyərlər və ənənələr” mövzusunda görüş keçirilib.

9 aprel 2026 15:33

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və “Ailəm könüllüləri”nin birgə təşkilatçılığı ilə “Ailə: Dəyərlər və ənənələr” mövzusunda görüş keçirilib.

Bakı İlahiyyat Kollecinin direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun və Komitənin əməkdaşı Rafiq Mahmudovun iştirakı ilə keçirilən tədbiriBDU-nun əməkdaşı, “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov giriş sözü ilə açaraq bildirib ki, güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir. 

Rafiq Mahmudov çıxışında ölkədə və ümumən dünyada nikah və boşanma hallarına dair statistik göstəricilərə toxunaraq, gənclər arasında ailə dəyərlərinin təbliğinin vacibliyindən bəhs edib. O, eyni zamanda bildirib ki, evlilik təkcə hüquqi münasibət deyil, həm də insanın düşüncə və davranış tərzində dəyişiklik tələb edən mühüm həyat mərhələsidir.

Görüş zamanı Mehman İsmayılov iştirakçılara ənənənin mahiyyətini izah edərək sağlam ailənin təməlində milli ənənələrə bağlılıq və dəyərlərin qorunmasının xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, ailə institutunda ənənəyə sadiqlik vacibdir, lakin innovasiyaya, inkişafa da yer verilməlidir, ənənə və dəyərlər nəsildən-nəslə ötürülərək cəmiyyətin bütövlüyünü təmin edir. Görüş müzakirələrlə davam edib.