Abşeronda “Uşaqlar və hüquq” mövzusunda maarifləndirici görüş keçirilib
Paylaş:
27 oktyabr 2026-cı il tarixində Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbdə uşaqların hüquqi biliklərinin artırılması məqsədilə “Uşaqlar və hüquq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis leytenantı Selcan Abdullayeva çıxış edərək uşaqların təhlükəsizliyinin təmin olunması və onların hüquqlarının qorunması istiqamətində görülməli olan zəruri tədbirlər barədə məlumat verib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə iştirakçıları uşaq hüquqları sahəsində milli qanunvericiliyin əsas müddəaları və mövzu ilə bağlı digər məsələlər barədə məlumatlandırıb.
İnteraktiv müzakirələr şəklində təşkil olunan görüşdə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar və Hüquq” adlı maarifləndirici vəsaitdən istifadə olunub, həmçinin şagirdlərin biliklərinin möhkəmləndirilməsi məqsədilə müvafiq test tapşırıqları yerinə yetirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi