8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə regionlarda silsilə tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid və qazi ailələrindən olan qadınlar, mərkəzlərin fəaliyyətinə dəstək olan, rayonun ictimai-mədəni həyatında aktiv iştirak edən, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən, xaricdə təhsil alan qızlar və qadınlar, nümunəvi valideynlər, Uşaq Səfirlər Məclisinin nümayəndələri, mərkəzlərin ekspert qruplarının üzvlərinin iştirakı ilə “Qadınların cəmiyyətdə fəal iştirakının təşviqi” mövzusunda dəyirmi masa, gender əsaslı cins seçiminin qarşısının alınması məqsədilə maarifləndirici görüşlər keçirilib, şəhid ailələri, əlilliyi olan qadınların ailələrinə səfərlər edilib.
Aidiyyəti qurumların, sosial tərəfdaşların dəstəyi ilə keçirilən tədbirlərdə çıxış edənlər ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasəti barədə məlumat verib, qadınlarımızın cəmiyyətdə fəal iştirakı üçün hər cür şərait yaradıldığından, bəşər sivilizasiyasının yaranması və inkişafında, müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların çox böyük rolu və xidmətləri olduğundan danışıblar.
Ailə səfərləri zamanı mərkəzlərin əməkdaşları qadınların qayğıları ilə maraqlanıb, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, xoş arzularını bildiriblər.