31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və Aprel döyüşlərinin 10 illiyi ilə əlaqədar Bakı şəhəri və regionlarda tədbirlər keçirilib

2 aprel 2026 09:49

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə 31 mart-1 aprel 2026-cı il tarixlərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və Aprel döyüşlərinin 10  illiyi ilə əlaqədar anım tədbirləri keçirilib.

Tədbirlərdə Mərkəzlərin, yerli idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, valideynlər, müəllimlər və icma sakinləri iştirak ediblər.

Soyqırım qurbanların əziz xatirəsi ehtiramla anılıb, xalqın yaddaşına həkk olunmuş bu faciə barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda 2016-cı ilin Aprel döyüşlərinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə mühüm rolu qeyd edilib, qəhrəman şəhidlərimizin xatirəsi yad olunub. Məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.