26 avqust - Laçın şəhəri günüdür
Paylaş:
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 26 avqust Laçın şəhəri günü kimi qeyd edilir.
Bu gün Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçmiş məcburi köçkünlərin daha da abadlaşan və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.
Qeyd edək ki, indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.