2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbirlər keçirilib

2 aprel 2024 17:42

Paylaş:

2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab, Saatlı, Sabirabad, İsmayıllı, Hacıqabul, Şüvəlan, Zaqatala, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumların və sosial tərəfdaşların dəstəyi ilə təhsil müəssisələrində valideynlərin, təhsil və tibb işçilərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilib, uşaqlar üçün musiqili-əyləncəli tədbirlər təşkil edilib.

Qeyd edək ki, bu istiqamətdə tədbirlərin keçirilməsində məqsəd autizm spektr pozuntusu olan şəxslərə kömək etmək, onlar üçün cəmiyyətdə bərabər imkanların yaradılması, inklüziv təhsilə, sosial xidmətlərə çıxışın əlçatanlığına nail olmaqdır.