15 May “Beynəlxalq Ailə Günü” ərəfəsində maarifləndirici görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Xətai rayonu Ə.Əliyev adına 204 nömrəli tam orta məktəblərdə “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib.
Yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirməsi və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan görüşdə psixoloqlar, müəllim heyəti, və şagirdlər iştirak edib.
Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, sağlam həyat tərzinin insanın fiziki və psixoloji inkişafına müsbət təsirini xüsusi vurğulayıb, narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi