Beynəlxalq əlaqələr
Beynəlxalq əməkdaşlıq
Beynəlxalq əməkdaşlıq
Ailə, qadın və uşaq hüquqlarının təmin olunması sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, Komitə müxtəlif ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, hökumətlərarası və qurumlararası saziş, protokol və memorandumlar imzalayır.
İndiyədək Komitənin səlahiyyətləri çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan, Mərakeş, Küveyt, Latviya, Gürcüstan, Türkmənistan, Belarus və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurularaq, inkişaf etdirilir.
Eyni zamanda, Komitə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Dünya Bankı (DB), Beynəlxalq Miqrasiya Təşkilatı (BMT), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (UNİCEF) və s. ilə əməkdaşlıq çərçivəsində müvafiq sahələrdə birgə layihələr həyata keçirir və ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.
Komitə tərəfindən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu əməkdaşlıq çərçivəsində müvafiq sahələr üzrə qabaqcıl dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələlərinin aparılması istiqamətində işlər uğurla davam etdirilir.