Media

İnfoqrafikalar

Cari ilin 9 ayı ərzində 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 207 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlı olub. Şikayət edənlərin 128 nəfəri partnyoru tərəfindən zorakılığa məruz qalıb

2022-ci ilin oktyabr ayında 17 regionda fəaliyyət göstərən Resurs Mərkəzlərinin fəaliyyətindən 1861 nəfər bəhrələnib

Cari ilin oktyabr ayı ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 3627 nəfər bəhrələnib

Cari ilin oktyabr ayında Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub. Qeyd edək ki, müraciət edənlərin əksəriyyəti əri (27), keçmiş əri və valideynləri (13) tərəfindən zorakılığa məruz qalıb

Cari ilin oktyabr ayında Dövlət Komitəsinə 338 müraciət daxil olub

Cari ilin 9 ayı ərzində Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində və 17 Resurs Mərkəzində keçirilən "açıq qapı" günlərində müxtəlif mövzularla bağlı müraciət edən 1028 vətəndaşa (771 qadın, 257 kişi) psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib

Cari ilin 9 ayı ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 16 610 nəfər faydalanıb.

Cari ilin 9 ayı ərzində Dövlət Komitəsinə 3210 vətəndaş müraciəti daxil olub

Cari ilin sentyabr ayı ərzində Uşaq və Ailələrə Dəstək və Resurs Mərkəzlərində keçirilən "açıq qapı" günlərində ümumilikdə 281 vətəndaş müraciəti qeydə alınıb