Media
İnfoqrafikalar
Cari ilin iyul ayı ərzində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 1054 nəfər bəhrələnib
Cari ilin 6 ayı ərzində Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib.Şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub. Müraciətlərə əsasən aidiyyəti üzrə dövlət qurumlarına məktublar ünvanlanıb. Nəticə olaraq rayon icra hakimiyyətləri tərəfindən məişət zorakılığı qurbanlarına ümumilikdə 12 qısamüddətli mühafizə orderi verilib.Qeyd edək ki, daxil olan 215 müraciətin 23-ü 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttindən Komitəyə yönləndirilən müraciətlərdir
Cari ilin 6 ayı ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə 1624 müraciət daxil olub. Müraciətlər arasında mərkəz xidmətlərindən istifadə (599 müraciət) üstünlük təşkil edir
Cari ilin mart və iyun aylarında Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində və 17 Resurs Mərkəzində keçirilən "açıq qapı" günlərində müxtəlif mövzularla bağlı müraciət edən 747 vətəndaşa (542 qadın,205 kişi) psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilmişdir
Cari ilin altı ayı ərzində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 12278 nəfər bəhrələnib
Cari ilin 6 ayı ərzində 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 125 müraciət daxil olub. Müraciət edənlərin 10 nəfəri 18 yaşadək olanlardırsa, 13-ü 56 yaşdan yuxarı olan şəxslərdir. Zəng edənlərin əksəriyyəti - 63 nəfəri 18-35 yaş arası olanlardır. Şikayətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlı olub və 125 nəfərin 79-u partnyoru tərəfindən zorakılığa məruz qalıb
Cari ilin 6 ayı ərzində Dövlət Komitəsinin media ilə əməkdaşlığı çərçivəsində müxtəlif mövzularda ümumi 180 material yayımlanıb
Cari ilin iyun ayı ərzində məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə 39 müraciət daxil olub. Müraciət edənlərin 24 nəfəri əri və ya keçmiş əri tərəfindən zorakılığa məruz qalıb. Qeyd edək ki, müraciət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi