“Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır”
Otuz illik mübarizə, səbr və əzmin gücü ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi. (dövlət-xalq-ordu birliyi), Bu gün bu torpaqlara yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası işləri davam etdirilir.
Dövlətimiz öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanıngöstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalqarenadakı nüfuzunu və bölgəyə olan marağı günü-gündən artıraraq, xariciinvestisiyalarınprioritetlərinindəqiqmüəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. QarabağvəŞərqiZəngəzuriqtisadirayonlarında mövcud olan enerji mənbələri, qiymətli yeraltı sərvətlər, xammal yataqları və çox sayda cəzbedici investisiya üstünlükləri bölgəyə parlaq gələcək vəd edir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurun inkişafı üçün investisiya iqliminin şərtləndirilməsində əsas olan siyasi, iqtisadi, hüquqi və sosial amillərin normallaşması prosesi gedir.
Qarşımıza qoyulmuş hədəflərinin reallaşdırılmasında “Böyük Qayıdışı” təmin edən infrastrukturun yaradılması ön plana çəkilmiş və hazırlanarkən mütərəqqi beynəlxalq təcrübəyə istinad olunmuşdur. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
İşğaldan azad edilmiş ərazilərin tam mənada inkişafına nail olmaq üçün birinci növbədə ən böyük təhlükə hesab edilən minaların və partlamamış hərbi sursatın zərərsizləşdirilməsidir. Bu, çətin bir iş olmaqla bərabər təəssüf ki, həm də uzun müddət tələb edən bir işdir.Bununla həmin ərazilər bütövlükdə tam təhlükəsiz yaşayış və sosial-iqtisadi həyatın bərpası üçün uyğun olacaq.
Strateji əhəmiyyət kəsb edən işlərin çevik həlli və ərazilərin inkişafı üçün Azərbaycanın artıq konkret yol xəritəsi vardır. Bununla biz həyat əlaməti qaytarılacaq ərazilərimizi ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlayacaq, əhalinin layiqli həyat şəraitini təmin edəcəyik.
Yeni yolların çəkilməsi, bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi artıq başlamışdır. Ermənilər tərəfindən 30 il ərzində məqsədli şəkildə tamamilə dağıdılmış ərazilərdə hazırda ardıcıl və sürətli şəkildə tikinti işləri aparılır.
Füzulidən Şuşaya çəkilən ilk yol dönüşün uğurlu simvoludur. Hazırda dövlət büdcəsindən ayrılan vəsait hesabına işğaldan azad olunan ərazilərdə 15 avtomobil yolunun tikintisi həyata keçirilir və bütün avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur. Nəqliyyat şəbəkəsi ilə yanaşı, paytaxtla işğaldan azad olunmuş ərazilər arasında əlaqələrin yaradılması, yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsi üçün“Qarabağın hava qapısı” adlandırılan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları artıq istifadəyə verilmişdir.Hazırda üçüncü hava limanı Laçın şəhərində tikilməkdədir.Bunlar quru yol, hava yolu, dəmir yolu ilə bağlı işlərin ilkin qismidir, əlbəttə ki, Dövlət Proqramlarına uyğun olaraq bu proses davamlı şəkildə gedəcək.
İşğal dönəmində ərazilərimizdəki təbii resurslardan qeyri-insani istifadə və ətraf mühitin qəsdən çirkləndirilməsi ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurub. Torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkilib becərilməsi, heyvandarlıq təsərrüfatlarının bərpa olunması üçün su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir.
İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə də xüsusi əhəmiyyət verilir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi, bu ərazilərin bərpası və inkişafında strateji hədəflərdəndir. Artıq alternativ enerji mənbələrinin istifadəsi üçün dünyanın önəmli enerji şirkətləri ilə müqavilələr imzalanır. Qarabağ və Şərqi Zəngəzurun işğaldan sonra Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun aparılan, “Yaşıl” texnologiyaların və "ağıllı'' sistemlərin tətbiqi vasitəsi ilə həm külək, həm günəş enerjisindən istifadə edilərək, hərbi obyektlərin, yeni yaradılan sosial-iqtisadi infrastrukturun fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı təşkil ediləcəkdir.
İşğaldan azad edilmiş ərazilərdə qaz, istilik təchizatı ilə təminat, eyni zamanda yerləşən tarixi abidələrin bərpası işinin təşkili, abidələrin inventarlaşdırılması, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulmasıişləri gələcəkdə sürətli məskunlaşmaya şərait yaradacaqdır.
Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.
30 ilə yaxın müddətdə doğma yurd-yuvasından ayrı düşən insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə qayıtması üçün genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri ilə yanaşı onlarınməşğulluğunun təminedilməsi, sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, keyfiyyətli səhiyyə və təhsil, zəruri rabitə infrastrukturu və digər xidmət sahələrinin yaradılması dövlətimiz tərəfindən bütün incəlikləri ilə nəzərə alınmışdır.
Böyük Qayıdışın ilk qədəmləri kimi Zəngilan rayonunun Ağalı kəndinə, daha sonra Laçın şəhərinə dönüş isə işğaldan azad edilmiş ərazilərdə sürətli əlverişli iqtisadi və siyasi mühit formalaşdırılmasının bariz göstəricisidir. Daha da gözəlləşən və abadlaşan rayonlarımıza köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
İllər sonra yenidən bu torpaqlarda xoşbəxt ailələr bərəkətli süfrələrin ətrafında toplanacaq, evlər uşaqların şən gülüşləri ilə dolacaqdır. Biz burada əsrlərdən gələn adət və ənənələri, milli mətbəxin bölgəsəl sirlərini, milli müsiqimizin ən gözəl notlarını, şanlı tariximizi Azərbaycan ailəsinin gündəlik həyatında yaşadacağıq.