Həsən bəy Zərdabinin ev muzeyinə ekskursiya təşkil edilib
![](https://family.gov.az/store/media/post/zerdab2.jpg)
Share:
Yay tətili günlərinin səmərəli təşkili məqsədi ilə avqustun 9-da Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Mərkəzdə fəaliyyət göstərən Uşaq və Gənclər klubunun üzvləri olan uşaqlarla birlikdə böyük mütəfəkkir alim Həsən bəy Zərdabinin ev muzeyinə ekskursiya təşkil olunub. Muzeyin direktoru Vəfa Bayramova uşaqlara Zərdabinin həyat və yaradıcılığından danışıb, Zərdabinin ev muzeyində saxlanan şəxsi əşyaları ilə uşaqları tanış edib. Sonda uşaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.