Həsən bəy Zərdabinin ev muzeyinə ekskursiya təşkil edilib

10 августа 2017

Поделиться:

Yay tətili günlərinin səmərəli təşkili məqsədi  ilə  avqustun 9-da  Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Mərkəzdə fəaliyyət  göstərən Uşaq və Gənclər  klubunun  üzvləri olan uşaqlarla birlikdə böyük mütəfəkkir alim Həsən bəy Zərdabinin ev muzeyinə ekskursiya təşkil  olunub. Muzeyin  direktoru Vəfa Bayramova uşaqlara Zərdabinin həyat və yaradıcılığından  danışıb, Zərdabinin ev muzeyində saxlanan  şəxsi əşyaları ilə  uşaqları tanış edib.  Sonda uşaqlar muzeyin xatirə kitabına ürək sözlərini  yazıblar.