Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə

11 May 2016

Share:

Mayın 11-də Qəbələ Uşaq və Ailələrə Dəstək  Mərkəzinin   təşkilatçılığı  ilə Qəbələ rayon Vəndam qəsəbəsində  “Narkomanlığa  və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı  mübarizə” istiqamətində maarifləndirici  tədbir  keçirilmişdir. Tədbirdə çıxış edən Qəbələ UADM-nın direktoru bu  sahədə son  vaxtlar  mərkəzin  təşkilatçılığı  ilə  keçirilən  tədbirlərdən   və  qarşıda  duran  vəzifələrdən  danışmışdır.Mərkəzi Rayon Xəstəxanasının həkim narkoloqu və Polis şöbəsinin nümayəndəsi öz çıxışlarında “ağ ölüm” adlandırılan narkotikin insan orqanizminə vurduğu ziyandan, yaratdığı fəsadlar haqqında danışaraq, bu zərərli vərdişin qarşısının alınması yolları barədə məlumar veriblər.

Müzakirələr  zamanı qəsəbə  ağsaqqalları, qəsəbənin  imamı və  müəllimlər  çıxış  edərək, məsələnin aktuallığını bildirmiş və bu sahədə məktəblərdə də  lazımi tədbirlərin  keçirilməsinin  vacib  olduğunu  qeyd  etmişlər.

Tədbirin  sonunda   iştirakçılara  maarifləndirici  bukletlər   paylanmışdır.