Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
Поделиться:
Mayın 11-də Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ rayon Vəndam qəsəbəsində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” istiqamətində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Qəbələ UADM-nın direktoru bu sahədə son vaxtlar mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.Mərkəzi Rayon Xəstəxanasının həkim narkoloqu və Polis şöbəsinin nümayəndəsi öz çıxışlarında “ağ ölüm” adlandırılan narkotikin insan orqanizminə vurduğu ziyandan, yaratdığı fəsadlar haqqında danışaraq, bu zərərli vərdişin qarşısının alınması yolları barədə məlumar veriblər.
Müzakirələr zamanı qəsəbə ağsaqqalları, qəsəbənin imamı və müəllimlər çıxış edərək, məsələnin aktuallığını bildirmiş və bu sahədə məktəblərdə də lazımi tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd etmişlər.
Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanmışdır.